"Oğlum oyunlarını izləməyimi istəyir. Amma bunu edə bilmirəm. Bazaya girmirəm, bu da məni öldürür".
Apasport.az saytının məlumatına görə, bunu "Roma"nın əfsanəvi kapitanı Françesko Totti deyib.
Paytaxt klubunun sabiq kapitanı karyerasını tez bitirdiyini düşünür: "Fiziki cəhətdən yaxşı durumda ikən niyə karyeramı bitirdim? "Roma"da keçən illərimi məhv etməmək üçün başqa kluba keçməyi qəbul etmədim. Hər şeyin bir sonu var. İnsanlar bunun mənim qərarım olduğunu dedilər, amma başqa çıxış yolum qalmadı. Çox məyusam, çünki "Roma" üçün ayaqlarımı belə qurban verərdim. İndi oğlum Kristianı məşqə aparanda bazaya girmirəm. Maşında oturub gözləyirəm. Aradan keçən 30 ildən sonra içəri girə bilmədəyimi düşünüb ağlamaq istəyirəm".
Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"nın formasını geyinib. O, 1992-2017-ci illərdə "canavarlar"ın formasını geyinib.