“Roma”nın təklifinə imtina – 15 milyondan
05.06.2021 - 23:35
“Roma”nın təklifinə imtina – 15 milyondan

İtaliyanın “Roma” klubu “Torino”nun hücumçusu Andrea Belottini transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu forvardı bu yay heyətinə qatmaq istəyindədir.

Romanın eyniadlı təmsilçisi transfer üçün danışıqlara da başlayıb. Paytaxt klubu 15 milyon avro ödəməyə hazırdır.

Lakin Turin təmsilçisi bu təklifdən imtina edib. “Torino” rəhbərliyi futbolçusu üçün 30 milyon avro az məbləğə razı olmayacağını bildirib.