“Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik”.
Apasport.az saytının məlumatına görə, bunu Bakının “Sabah” klubunun baş məşqçisi Jelko Sopiç deyib.
Xorvatiyalı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində baş tutan “Kaysar”la oyun barədə fikirlərini açıqlayıb. J.Sopiç Qazaxıstan təmsilçisi üzərində 3:1 hesablı qələbədən sonra razı qaldığını gizlətməyib: “Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odur ki, bu gün yaxşı oyun sərgilədik. Rəqibə fərqlənmək üçün çox az şans verdik. Oyundan-oyuna inkişaf edirik. Ancaq qarşıdakı oyunlarda əldə etdiyimiz şanslardan daha yaxşı yararlanmalıyıq. İlk hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı. Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdır”.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək