Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının uğursuz oyunları başa çatıb.
Apasport.az saytının məlumatına görə, bütün yoxlama görüşlərində uduzan təmsilçilərimizin bu “ənənə”sinə “Sabah” “dur” deyib.
Paytaxt təmsilçisi bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Jelko Sopiçin yetirmələri Belekdəki "Titanik Mardan" stadionunda Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə “Pakş”la (Macarıstan) qarşılaşan “Sabah” 0:2 hesabı ilə məğlub olub. Qonşu ölkədəki digər komandalarımızdan “Zirə”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt” və “Səbail” də ilk sınağında uduzub.
Yoxlama görüşü
15 yanvar
"Sabah" - “Akademika Klinçeni” (Rumıniya) 0:0
Belek. "Titanik Mardan" stadionu
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı