Antalya toplanışında olan “Sabah” bu gün növbəti matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Serbiya “Mladost”u ilə görüşüb.
Bu, paytaxt klubunun Türkiyədə son sınağı olub. Murad Musayevin yetirmələri əvvəlki iki görüşdə olduğu kimi yenə qələbəyə həsrət qalıblar.
İkinci hissənin əvvəlində Coy-Lens Mikelsin qolu ilə təmsilçimiz önə keçsə də, üstünlüyünü qoruya bilməyib. “Sabah”ın üçüncü görüşü də əvvəlkilər kimi 1:1 hesabı ilə başa çatıb.
qalib gələ bilmədikləri toplanışda ilkə imza atmağa çalışacaq.
Qeyd edək ki, “Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.
Yoxlama oyunu
25 yanvar
17:00. “Sabah” – “Mladost” (Serbiya) - 1:1
Coy-Lens Mikels, 53