“Sabah” Macarıstan klubu ilə qarşılaşacaq
20.12.2019 - 15:20
“Sabah” Macarıstan klubu ilə qarşılaşacaq

Bakının “Sabah” klubunu Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Paksi” komandası ilə üz-üzə gələcək. 

Görüş yanvarın 11-də baş tutacaq. Oyunun yeri və saatı matç ərəfəsində bəlli olacaq.

Qeyd edək ki, “Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər hələ dəqiqləşməyib.