“Sabah” Qazaxıstan klubu ilə qarşılaşacaq
27.12.2019 - 11:13
“Sabah” Qazaxıstan klubu ilə qarşılaşacaq

Bakının “Sabah” klubunun Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi toplanış çərçivəsində Qazaxıstanın “Kaysar” komandası ilə üz-üzə gələcək. 

Görüş yanvarın 19-da baş tutacaq. Matçın baş tutacağı meydan oyun ərəfəsində dəqiqləşəcək.