“Sabah” Rusiyadan müdafiəçi gətirdi
25.01.2022 - 16:54
“Sabah” Rusiyadan müdafiəçi gətirdi

Bakının “Sabah” klubu heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, Nikolay Boçko paytaxt təmsilçisinin “Mladost”la yoxlama oyununun start heyətində yer alıb.

Rusiyalı sağ cinah müdafiəçisinin transferi “Sabah” tərəfindən açıqlanmadığından onun baxışda olması istisna deyil. Nikolayın son klubu Rostov OİK-idir. Ötən ilin yayında bu komandaya keçən Boçkonun müqaviləsi cari mövsümün sonunda başa çatmalıdır.

22 yaşlı futbolçunun “Sabah”da peyda olması təsadüfi deyil. Bakılıların baş məşqçisi Murad Musayev “Krasnodar”ı çalışdırdığı vaxtdan Boçkonu yaxşı tanıyır.

Bu klubun futbol akademiyasının yetirməsi olan müdafiəçi əsas komana səviyyəsinə qalxmasa da, “Krasnodar-3” və “Krasnodar-2”də çıxış edib. Musayev də məhz bu komandalardan onu tanıyır.

Qeyd edək ki, “Sabah” – “Mladost” oyunu saat 17:00-da başlayacaq.