“Sabah” macarıstanlılarla bacarmadı
11.01.2020 - 20:33
Bakının “Sabah” klubu Türkiyədəki təlim-məşq toplanışında ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Jelko Sopiçin yetirmələri Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib.
İlk 45 dəqiqəsi qolsuz başa çatan görüşün taleyi ikinci hissədə həll olunub. İki qol vuran macarıstanlılar qarşılaşmadan qələbə ilə ayrılıblar.
Qeyd edək ki, toplanışa məğlubiyyətlə başlayan “Sabah” daha üç yoxlama matçına çıxacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0