“Sabah” rusiyalı futbolçunu MİLLİLƏŞDİRDİ
27.02.2022 - 17:17
“Sabah” rusiyalı futbolçunu MİLLİLƏŞDİRDİ

Azərbaycan futbolunda daha bir oyunçu milliləşdirilib.

Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrdən olan azərbaycanlılara da, digərlərinə də Azərbaycan pasportunun verilməsi ənənəsini bu dəfə “Sabah” davam etdirib.

Bakı klubu rusiyalı Abdulax Xaibulayevi milliləşdirib. Mövsümün ilk yarısında Rusiya vətəndaşı kimi sifariş olunan legioner artıq bu statusdan qurtulub. O, Premyer Liqa və I divizionda Azərbaycan vətəndaşı kimi çıxış edəcək.

Dağıstan futbolunun yetirməsi olan 21 yalı legioner əsasən ikinci komandanın heyətində oynayır. O, Premyer Liqanın cari mövsümündə 9 matçda 567 dəqiqə şans qazanıb və 1 qol vurub.

Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ildə “Anji”nin ikinci komandasından “Sabah”ın U-19-una keçib.