Rusiyada çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Baltika”nın hücumçusu Tamerlan Musayev Premyer Liqa klublarının maraq dairəsinə düşüb.
21 yaşlı forvardın xidmətində konkret olaraq “Sabah” və “Sumqayıt” maraqlıdır. Hər iki komanda mövsümün sonunda gənc oyunçunu heyətinə qatmağı düşünür. Xüsusən də, ölkə xaricində ucuz qiymətə futbolçular axtaran “Sumqayıt” bu məsələdə fəaldır. “Gənclik şəhəri” təmsilçisi Musayevi gətirdikdən sonra onun milliləşdirilməsinə də nail olmaq istəyir.
Qeyd edək ki, 2020-ci ildən “Baltika”da çıxış edən Tamerlan Musayev bu müddətdə başqa komandalarda icarə əsasında da oynayıb. Onun aşağı liqa təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.