"Sabah" vidalaşdı - Məqsəd İsayevlə
29.06.2020 - 15:28
Bakının “Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə anlaşmanı uzatmayıb.
Məqsəd 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, “Sabah” İsayevə qədər karyerasını bitirən Marko Deviç, həmçinin Cavid İmamverdiyev, Kərim Diniyev və Vadim Abdullayevlə də vidalaşıb.
0
0