“Sabah” yarımmüdafiəçisi ilə vidalaşdı
23.12.2019 - 09:38
“Sabah”da ilk ayrılıq rəsmiləşib.
Apasport.az Bakı klubunun saytına istinadən məlumat verir ki, komanda Hendrik Eksteynlə vidalaşıb.
Cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu bu ilin yayında “Sabah”a transfer olunub. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qola imza atıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0