Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.
Öncə Bakı derbisində paytaxt klubları üz-üzə gəlib. Mükafatlar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Sabah”la qarşılaşıb. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan meydan sahiblərinin Azərbaycanın ən titullu klubunu büdrədərək kubokdakı məğlubiyyətin revanşını almaq arzusu baş tutmayıb.
Matçın taleyini Sezar Meza Kollinin yeganə qolu həll edib. “Ağ-qaralar” bu qalibiyyət sayəsində həm "Sabah"la aradakı xal fərqini 8-ə yüksəldib, həm də ən azı bir günlük 3-cü pilləni ələ keçirib. Murad Musayevin yetirmələri ölkə kuboku da daxil olmaqla, ardıcıl 3-cü məğlubiyyətini alıb.
Günə Sumqayıtda yekun vurulub. Ötən mövsümkü komandanın kölgəsinə belə bənzəməyən “Sumqayıt” ikinci pillədəki “Qəbələ”ni qəbul edib. Autsayderlər sırasında yer alan "gənclik şəhəri" təmsilçisi bu dəfə doğma arenasında darmadağına məruz qalıb. “Qırmızı-qaralar” isə inamlı qələbə ilə mövqeyini qoruyub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” - “Qarabağ” və “Səbail” “Zirə” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
27 fevral (bazar)
17:00. “Sabah” – “Neftçi” - 0:1
Qol: Sezar Meza Kolli, 50
Baş hakim: Rauf Cabarov
“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 7. Boyan Letiç, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 94. Yusif İmanov, 97. Aleksandr Neçayev, 14. Slavik Alxasov, 3. Zurab Oçiqava, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 20. Mert Çelik, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”
19:15. “Sumqayıt” – “Qəbələ” - 0:4
Qollar: Rafael Utziq, 2, Ruan Renato, 39, Rövlan Muradov, 41, Murad Musayev, 68
Baş hakim: Vüqar Həsənli
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanovğ, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 2. Samet Karakoç, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Kapital Bank Arena”
|
1 |
Qarabağ |
15 |
11 |
3 |
1 |
32-9 |
36 |
|
2 |
Qəbələ |
17 |
9 |
5 |
3 |
29-17 |
32 |
|
3 |
Neftçi |
17 |
8 |
4 |
5 |
26-22 |
28 |
|
4 |
Zirə |
16 |
8 |
4 |
4 |
25-16 |
28 |
|
5 |
Sabah |
17 |
6 |
2 |
9 |
23-26 |
20 |
|
6 |
Keşlə |
16 |
4 |
2 |
10 |
18-28 |
14 |
|
7 |
Sumqayıt |
16 |
3 |
4 |
9 |
10-25 |
13 |
|
8 |
Səbail |
16 |
3 |
2 |
11 |
12-32 |
11 |
Bombardir: Davit Volkov ("Zirə") - 10 qol