“Sabah”dan ayrılan qapıçı Qazaxıstan klubunda
01.03.2022 - 09:46
Qış fasiləsində “Sabah”dan ayrılan Saşa Stamenkoviç özünə yeni komanda tapıb.
Apasport.az saytı xəbər verir ki, serbiyalı qolkiper yenidən Qazaxıstanda çıxış edəcək.
2016-2018-ci illərdə bu ölkənin “Okjetpes” klubunda çıxış edən 37 yaşlı oyunçu bu dəfə “Aktobe” ilə anlaşıb. Klub rəsmi saytı vasitəsilə müqavilənin imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2011-2015-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinən Saşa Stamenkoviç 2018-ci ildən bu ilin əvvəlinə qədər “Sabah”da çıxış edib.
0
0