“Sabah”dan əzmkar qələbə – YENİLƏNİB
23.11.2019 - 16:57
“Sabah”dan əzmkar qələbə  – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun daha bir oyunu keçirilib.

Bakıda baş tutan matçda turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Səbail”lə “Sabah” üz-üzə gəlib. “ASCO Arena” stadionunda təşkil olunan qarşılaşmada qonaqlar qələbə qazanıblar.

Düzdür, hesabı “Səbail” açıb. Məqsəd İsayevin 76-cı dəqiqədə öz qapısına vurduğu top meydan sahiblərini hesabda önə çıxarıb. 

Lakin “Səbail”in sevinci uzun sürməyib. İqor Ponomaryovun sonradan meydana buraxdığı Ulisse Diallo qısa zaman kəsiyində vurduğu iki topla “Sabah”ı önə çıxarıb. Hendrik Ekşteyn isə fərqi iki topa çatdırıb.

Bununla da Aftandil Hacıyevin yetirmələrinin qələbəsiz oyunlar seriyası 8-ə çatıb və komanda daha bir pillə geriləyib. “Sabah” isə qələbə sayəsində 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, dünən keçirilən “Sumqayıt”- “Qarabağ” oyunu (2:1) ilə başlayan tur sabah yekunlaşacaq. Turun son günündə “Zirə” “Keşlə”ni, “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XII tur

23 noyabr (şənbə)
“Səbail” – “Sabah” - 1:3
Qollar:
İsayev, 76 (avtoqol) - Diallo, 88, 90, Ekşteyn, 90+7
Qırmızı vərəqə: Nağıyev, 86
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Məşqçi: Ramin Quliyev
“ASCO Arena”, 15:00

1

Qarabağ

12

8

3

1

21-5

27

2

Keşlə

11

5

4

2

13-6

19

3

Neftçi

11

5

3

3

16-10

18

4

Sumqayıt

12

5

2

5

16-17

17

5

Sabah

12

3

4

5

14-15

13

6

Səbail

12

3

2

7

9-20

11

7

Zirə

11

2

5

4

11-17

11

8

Qəbələ

11

2

3

6

9-19

9

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi "Sumqayıt") - 5 qol.