“Sabah”ın 25-ci ev məğlubiyyəti
15.03.2022 - 10:29
“Sabah” Premyer Liqada 25-ci ev məğlubiyyətini alıb.
Apasport.az saytının məlumatına görə, bu, XIX tura təsadüf edib.
“Qarabağ”ı qəbul edən Bakı klubu 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb. “Sabah” ilk ev məğlubiyyətini 2018-ci il avqustun 19-da “Sumqayıt”dan alıb – 1:4.
Qeyd edək ki, bakılılar evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.
0
0