Bakının “Sabah” klubunun futbolçusu Hendrik Ekşteyn Cənubi Afrika Respublikasında (CAR) turnir keçirəcək.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bununla da vətənində futbolun inkişafına töhfə vermək niyyətindədir
Dekabrın 27-30-da baş tutacaq turnirdə 17 yaşadək futbolçulardan ibarət 16 komanda olimpiya sistemi ilə mübarizə aparacaq. Qaliblər pul mükafatı, medallar və kubokla təltif olunacaq.
Futbolçunun özü Azərbaycan Premyer Liqasında qış fasiləsi başladıqdan sonra – dekabrın 24-də vətəninə yollanacaq. Bu səbəbdən turnirin təşkili ilə “Hendrik Ekşteyn Fondu” məşğuldur.
Qeyd edək ki, yarımmüdafiəçi bu ilin yayından “Sabah”ın şərəfini qoruyur.