“Sabah”ın istəmədiyi məşqçi özünə komanda tapdı
09.01.2020 - 13:23
“Sabah”ın istəmədiyi məşqçi özünə komanda tapdı

Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq baş məşqçisi Gia Getsadze özünə yeni komanda tapıb. 

Apasport.az saytının məlumatına görə, 46 yaşlı təcrübəli mütəxəssis əvvəllər də çalışdırdığı yerli "Saburtalo" ilə anlaşıb. 

O, paytaxt təmsilçisi ilə üç illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Getsadze "Sabah" baş məşqçi postuna namizədlər arasında olub. Gürcüstanlı çalışdırıcı danışıqlar üçün Bakıya gəlsə də, Azərbaycan təmsilçisi yekunda serbiyalı Jelko Sopiçlə müqavilə imzalayıb.