“Şahdağ”dan saxtakarlıq
26.11.2019 - 13:34
AFFA “Şahdağ” klubunun aşağı yaş üzrə komandasında saxtakarlıq fakti aşkarlayıb.
Apasport.az saytının məlumatına görə, Siyəzən region üzrə mübarizə aparan komandanın heyətində Sahil Əlimovun əvəzinə qardaşı Balamirzə Əlimovun iştirak etməsi üzə çıxıb.
Məsələni araşdıran AFFA-nın İntizam Komitəsi bu səbəbdən də futbolçunun iştirak etdiyi bütün matçların nəticəsi ləğv olunub. Həmin qarşılaşmalarda “Şahdağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
0
0