“Şamaxı” yeni baş məşqçisini açıqladı
16.04.2022 - 13:34
“Şamaxı” yeni baş məşqçisini açıqladı

“Şamaxı” rəhbərliyi baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.

Apasport.az saytının məlumatına görə, bu barədə bölgə təmsilçisi bəyanat yayıb.

Bildirilib ki, çalışdırıcı Premyer Liqanın XXIII turunda “Qarabağ”a 0:8 hesablı məğlubiyyətin ardından istefa verib. Qurbanovun qərarını bu gün müzakirə edən rəhbərlik istefanı qəbul edib.

Baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb. Əvəzedici heyət isə yenicə futbolçu karyerasını bitirən Rail Məlikova həvalə olunub.