"Samtrediya" mənə yeni müqavilə təklif edib, amma...” - Nicat Qurbanov
04.01.2020 - 13:31
"Samtrediya" mənə yeni müqavilə təklif edib, amma...” - Nicat Qurbanov

"Hələlik konkret bir təklif yoxdur. Amma danışıqlar davam edir". 

Bunu apasport.az saytına "Samtrediya" ilə Gürcüstan Yüksək Liqasına vəsiqə qazanan azərbaycanlı futbolçu Nicat Qurbanov deyib.

Qonşu ölkənin birinci divizionunda uğurlu mövsüm keçirən və komandasının Yüksək Liqaya çıxmasında rolu olan 28 yaşlı yarımmüdafiəçinin karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşməyib. Qurbanov bildirib ki, gürcülərlə razılıq əldə olunmayıb: "Samtrediya" mənə yeni müqavilə təklif edib. Amma hələ razılaşmamışıq. Gürcüstana qayıtmağım hələ ki, sual altındadır. Amma özüm də orada Yüksək Liqada oynamaq istəyərəm. Sadəcə razılaşa bilmirik. Yəqin ki, yaxın günlərdə konkret bir şey olacaq. Azərbaycandan isə heç bir klubdan təklif almamışam".

Qeyd edək ki, Nicat Qurbanov "Neftçi", "Simurq", "Kəpəz", "Zirə" və "Sumqayıt" klublarında oynayıb.
 

0
Nicat Qurbanov Samtrediya Gürcüstan Yüksək Liqası