“Saypa”dan Maleki gəlir – YALNIZ BİZDƏ
30.06.2021 - 17:51
“Saypa”dan Maleki gəlir – YALNIZ BİZDƏ

“Keşlə”nin baxışa dəvət etdiyi futbolçunun adı müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin danışıq apardığı hücumçu “Saypa”dan olan Hüseyn Malekidir.

Əsasən sol cinah vingeri mövqeyində çıxış edən 31 yaşlı ön xətt oyunçusunun “Saypa” ilə müqavilə müddəti bu gün başa çatır. Maleki Azərbaycan kubokunun qalibinə müsbət cavab versə, yaxın günlərdə ölkəmizə gələcək və “Keşlə”də baxışdan keçəcək.

Qeyd edək ki, Hüseyn Maleki hazırda davam edən İran yüksək liqasında bu mövsüm 24 matçda iştirak edib, 2 qola imza atıb. O, hücumun cinahları və mərkəzi ilə yanaşı, pleymeyker mövqeyində də çıxış edə bilir.