"Səbail" - "Sabah" oyununda qeyri-adi hadisə - 3 dəqiqəlik fasilə
23.11.2019 - 16:26
"Səbail" - "Sabah" oyununda qeyri-adi hadisə - 3 dəqiqəlik fasilə

Azərbaycan Premyer Liqasının XII turunun "Səbail" - "Sabah" oyununda qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanı dayandıran baş hakim Səbuhi Bayramov qonaqların qapıçısı Saşa Stamenkoviçi soyunub-geyinmə otağına göndərib.

Buna serbiyalı qolkiperin geyinindəki problem səbəb olub. Onu sarı vərəqə ilə cəzalandıran hakim futbolçunun geyimini qaydasına salmasını zəruri sayıb. Legionerin soyunub-geyinmə otağına gedib-qayıtması səbəbindən görüşdə təxminən 3 dəqiqəlik fasilə yaranıb.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada hesab açılmayıb.