“Səbail” iranlı müdafiəçi ilə müqavilə imzalayır
21.01.2020 - 12:11
“Səbail” baxışa dəvət etdiyi Peyman Keşavarzı komandada saxlayıb.
Apasport.az saytının məlumatına görə, iranlı futbolçu baş məşqçi Aftandil Hacıyevin etimadını qazana bilib.
Bunu 24 yaşlı müdafiəçinin özü də əməkdaşımızla söhbətdə təsdiqləyib. Onunla bu günlərdən rəsmi müqavilə imzalanacaq.
"Səbail" “Sabah”dan ayrılan Hendrik Ekşteynin (CAR) də keçidini həll etmək üzrədir. Bu iki futbolçu ilə yanaşı, Bakı klubu yarımmüdafiənin mərkəzi üçün daha bir transferi həyata keçirəcəyi gözlənilir.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0