“Səbail” koronavirus testindən keçdi – cavab bəllidir
16.05.2020 - 20:13
Azərbaycan Premyer Liqasının daha bir klubu koronavirus testindən keçib.
Apasport.az saytının məlumatına görə, Bakının “Səbail” klubunun bütün futbolçu və məşqçi heyəti, həmçinin əməkdaşları müayinə olunub.
Test proseduru AFFA-nın təlimatına və tövsiyəsinə əsasən gerçəkləşib. “Səbail”in heç bir üzvündə pozitiv çıxmayıb.
Qeyd edək ki, daha dörd komanda – “Neftçi”, “Qarabağ”, “Zirə” və “Sabah”, həmçinin hakimlər test verib.
0
0