“Səbail” sabiq qapıçısını qaytarır
24.01.2022 - 12:25
“Səbail” sabiq qapıçısını qaytarır

Qapıçı axtarışlarını davam etdirən “Səbail” yeni qolkiperini “Sabah”da tapıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi çərçivə ilə bağlı problemi həll etməyə yaxındır.

Elita təmsilçilərinin 2-3-cü dərəcəli qapıçılarına göz dikən bakılılar “Sabah”da eyni funksiyanı yerinə yetirən Rustam Samiqullinlə maraqlanır. Aleksandr Neçayevin gəlişindən sonra hətta ikinci qapıçı olmaq ümidini də itirən 20 yaşlı qolkiper oyun praktikası toplamaq üçün sabiq komandası “Səbail”də çıxış etməyə razıdır.

Gənclər yığmamızın üzvü üçün klublar arasında danışıqlar davam edir. “Sabah”ın milliləşdirilmiş qapıçının “Səbail”ə keçidinə razılıq verməsi gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yayında Rusiyadan “Səbail” üçün ölkəmizə gələn Rustam Samiqullin həmin ilin yayında “Sabah”a keçib.