“Səbail” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB
24.01.2022 - 17:23
“Səbail” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Səbail” və “Keşlə” ikinci dəfə yoxlama oyununda üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub.

Arenanın ehtiyat meydançasında keçirilən matç erkən qolla başlayıb. 10-cu dəqiqədə Əfran İsmayılov qol sevinci yaşayıb. Lakin Aftandil Hacıyevin yetirmələri üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə bərabərlik qoluna imza atan “Keşlə” məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, komandalar arasındakı ilk matçda “Keşlə” 2:0 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu
24 yanvar
15:00. “Səbail” – “Keşlə” - 1:1

Əfran İsmayılov, 10 - Rəhman Hacıyev
Bakı Olimpiya Stadionunun ehtiyat meydançası