“Səbail”dən ayrıldı, "Neftçi"yə qayıtdı
07.01.2020 - 16:17
“Səbail”dən ayrıldı, "Neftçi"yə qayıtdı

"Səbail” daha bir futbolçu ilə vidalaşıb. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Ağabala Ramazanov və Elvin Yuniszadənin ardınca Mirabdulla Abbasovla da yollarını ayırıb. 

"Səbail” 24 yaşlı hücumçu ilə icarə müqaviləsinə xitam verib. 

"Neftçi”nin yetirməsi olan futbolçu isə doğma komandasına qayıdıb. O, "ağ-qaralar”da 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi” ilə 2020/2021 mövsümünün sonunadək müqaviləsi olan Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində bu komandanın heyətində 66 oyuna çıxıb, 13 qol vurub.