“Səbail”dən biri də getdi
15.01.2020 - 22:02
Azərbaycan Premyer Liqasının autsayderi “Səbail” daha bir futbolçusunu itirib.
Apasport.az saytının məlumatına görə, moldovalı Yevgeni Koçuk komandanı tərk edib.
Moldovalı legioner qış fasiləsində klubdan ayrılan 5-ci futbolçudur. Onadək Ağabala Ramazanov, Elvin Yuniszadə, Mirabdulla Abbasov və İqor Korotetski də autsayderin sıralarını tərk edib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi qısa fasilə ilə 2018-ci ildən “Səbail”də oynayıb. O, ötən mövsüm Premyer Liqanın bürünc mükafatçısı olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0