“Səbail”i darmadağın etdi - millimiz
30.09.2020 - 11:07
“Səbail”i darmadağın etdi - millimiz

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan millimiz “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 
Yığmamız 4:1 hesablı darmadağına sevinib. Camal Cəfərovun dubl etdiyi oyunda U-19-un digər qollarını Gülağa Əsədov və Kamal Kazımov vurub.