“Səbail”in Türkiyədəki bütün rəqibləri bəlli oldu
28.12.2019 - 20:57
“Səbail”in Türkiyədəki bütün rəqibləri bəlli oldu

Bakının “Səbail” klubunun qış fasiləsindəki rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyevin yetirmələri Türkiyədə baş tutacaq təlim-məşq toplanışında 4 yoxlama matçında qüvvəsini sınayacaq.

Paytaxt təmsilçisi ilk qarşılaşmasını Qazaxıstanın "Jetisu" komandasına qarşı keçirəcək. Bu oyun yanvarın 15-də baş tutacaq.

Üç gün sonra Ukrayna “Olimpik”i ilə qarşılaşacaq bakılılar ayın 21-də Rumıniya “Voluntari”si ilə üz-üzə gələcək. Yanvarın 25-dəki son görüşdə rəqib Polşa “Korona”sı olacaq.