Təlim-məşq toplanışını Antalyada davam etdirən "Səbail" bu gün növbəti yoxlama görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi "Voluntari" ilə qarşılaşıb.
Rumıniyalılarla "Miracle Resort" otelinin meydançasında üz-üzə gələn Bakı klubu yenə qələbə üzü görməyib. Buna qədər "Jetisu" (Qazaxıstan) və "Olimpik"ə (Donetsk, Ukrayna) müvafiq olaraq 0:1 və 1:3 hesabı ilə məğlub olan Aftandil Hacıyevin yetirmələrinin yeganə təsəllisi bu dəfə uduzmamaq olub. Ruslan Hacıyev 21-ci dəqiqədə hesabı açsa da, rəqib fasilə ərəfəsində status-kvonu bərpa edib.
Qarşılaşmanın sonluğu daha drammatik alınıb. Rumınlar son dəqiqələrdə önə keçsələr də, final fiti öncəsi Mirsayib Abbasov "Səbail"i məğlubiyyətdən qurtarıb. Beləliklə, görüş qollu bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Səbail" təlim-məşq toplanışı çərçivəsində daha bir oyun keçirəcək. Komanda son matçında Polşa klubu "Korona" ilə (25 yanvar) görüşəcək.
Yoxlama oyunu
21 yanvar
17:00. "Səbail" - "Voluntari" (Rumıniya) - 2:2
Ruslan Hacıyev, 21; Mirsayib Abbasov, 90
Antalya. "Miracle Resort" otelinin meydançası
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək