“Səbail”lə müqavilə imzaladı – PSJ-nin yetirməsi
06.09.2021 - 16:01
“Səbail” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Nikolas Raysellə müqavilə imzalayıb.
Bunadək “Qəbələ”də çıxış edən 28 yaşlı hücumçu ilə anlaşma bir mövsümü əhatə edir. PSJ-nin yetirməsi olan fransalı 2021/22 mövsümünün sonunadək paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, son ilyarım ərzində “Qəbələ”də oynayan Raysel Premyer Liqada 30 matçda 7 qol vurub.
0
0