“Selta” baş məşqçisini göndərdi
04.11.2019 - 17:01
“Selta” baş məşqçisini göndərdi

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, “Selta” klubu Fransisko Eskribanı istefaya göndərib.

Çalışdırıcı ilə birlikdə bütün məşqçilər korpusu klubu tərk edib. Buna çempionatdakı uğursuz nəticələr səbəb olub.

Dünən “Xetafe”yə 0:1 hesabı ilə uduzan Viqo təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini alıb. 12 turdan sonra komanda 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, F.Eskriba bu ilin martında baş məşqçi təyin olunmuşdu.