“Şerif” yığmamızın daha bir futbolçusuna elçi düşdü
18.12.2019 - 12:11
Moldovanın “Şerif” klubu Azərbaycan millisinin daha bir futbolçusuna elçi düşüb.
Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Təmkin Xəlilzadə Tiraspol təmsilçisinin məşqçilər korpusunun diqqətini cəlb edib.
Moldova nəhəngi "Sabah"da çıxış edən futbolçu ilə qış fasiləsində deyil, yayda danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, “Şerif” “Səbail”in hücumçusu Ağabala Ramazanovu da heyətində görmək istəyirdi. Lakin futbolçu özü Tiraspola yollanmaqda maraqlı olmayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0