"Sevilya" - "Qarabağ": 35 avroluq bilet
21.11.2019 - 18:03
"Sevilya" - "Qarabağ": 35 avroluq bilet

Avropa Liqasının qrup mərhələsinin V turunda Azərbaycan çempionu "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu üçün ayrılmış biletlər noyabrın 26-da satışa çıxarılacaq. 

Oyunu izləmək istəyən azarkeşlər stadionun kassalarından biletləri ala bilər. “Qarabağ” fanatları üçün stadionun S38 sektoru ayrılıb. Bir biletin qiyməti 35 avrodur.

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma noyabrın 28-də baş tutacaq. Matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.