"Sevilya" kənarda qaldı, APOEL "11-lik"də
29.11.2019 - 13:02
"Sevilya" kənarda qaldı, APOEL "11-lik"də

Avropa Liqasında turun komandası açıqlandı

Avropa Liqasında qrup mərhələsinin V turunun rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın “Sevilya” ilə oyunundan (0:2) heç kim “11-liy”ə daxil edilməyib.

Bu komandalarla birlikdə A qrupunda yer alan APOEL-i isə rəmzi komandada Giorgos Merkislə təmsil olunub. Yalnız iki komanda Türkiyə “Beşiktaş”ı və Kiyev “Dinamo”sundan iki futbolçu bura düşüb. 

Qapıçı: Yann Sommer (Borussiya M)
Müdafiəçilər: Caner Erkin (Beşiktaş), Giorgos Merkis (APOEL), Entso Roko (Beşiktaş), Nuno Sequeyra (Braqa)
Yarımmüdafiəçilər: Viktor Siqankov (Dinamo K), Bruno Fernandes (Sportinq), Lorenzo Pelleqrini (Roma), Bencamin Verbiç (Dinamo K)
Hücumçular: Alfredo Morelos (Reyncers), Vinsent Abubakar (Porto)