“Sevilya” mərakeşli hücumçusunu icarəyə göndərdi
21.01.2022 - 23:25
“Sevilya”nın hücumçusu Ussama İdrissi karyerasını La Liqanın digər klubunda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, forvard “Kadis”ə icarəyə verilib.
O, mövsümün sonunadək bu komandada çıxış edəcək. Mərakeş millisinin üzvü cari mövsümdə cəmi 7 matça çıxıb. O, qol hesabını aça bilməyib.
Qeyd edək ki, “Kadis” La Liqanın turnir cədvəlində 20 komanda arasında 19-cudur.
0
0