Avropa çempionatlarının final mərhələlərinin fərdi qol seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu ilin iyunun 11-də start götürəcək AVRO-2020 ərəfəsində ardıcıl 3 və ya daha çox oyunda qol sevinci yaşayanların cədvəlinə 11 futbolçu daxil edilib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına Mişel Platini başçılıq edir. Fransalı ulduz ardıcıl 5 matçda meydanı qolsuz tərk etməyib. O, bu qarşılaşmalarda 9 dəfə fərqlənib.
Rəqibləri üçün “silsiləvi qatil”ə çevrilənlərin cədvəlində ikinci yerə Savo Miloşeviçlə Milan Baroş şərikdir. Onlar ardıcıl 4 görüşdə 5 dəqiq “atəş açıb”.
8 futbolçu ardıcıl 3 oyunda qol sevinci yaşayıb. Patrik Klyuvertlə Antuan Qrizmann bu üç matçda 5, Alan Şirerlə Ruud van Nistelroy isə 4 qola imza atıb. Digər dörd oyunçu 3 görüşün hərəsində bir dəfə rəqib qapısına yol tapıb.
|
yer |
futbolçu |
komanda |
seriya |
il |
oyunlar |
|
1 |
Mişel Platini |
Fransa |
5 |
1984 |
Danimarka 1:0 (1), Belçika 5:0 (3), Yuqoslaviya 3:2 (3), Portuqaliya 3:2 (1), İspaniya 2:0 (1) |
|
2 |
Savo Miloşeviç |
Yuqoslaviya |
4 |
2000 |
Sloveniya 3:3 (2), Norveç 1:0 (1), İspaniya 3:4 (1), Niderland 1:6 (1) |
|
|
Milan Baroş |
Çexiya |
4 |
2004 |
Latviya 2:1 (1), Niderland 3:2 (1), Almaniya 2:1 (1), Danimarka 3:0 (2) |
|
4 |
Viktor Ponedelnik |
SSRİ |
3 |
1960, 1964 |
Çexoslovakiya 3:0 (1), Yuqoslaviya 2:1 (1), Danimarka 3:0 (1) |
|
|
Tomas Brolin |
İsveç |
3 |
1992 |
Danimarka 1:0 (1), İngiltərə 2:1 (1), Almaniya 2:3 (1) |
|
|
Xristo Stoiçkov |
Bolqarıstan |
3 |
1996 |
İspaniya 1:1 (1), Rumıniya 1:0 (1), Fransa 1:3 (1) |
|
|
Alan Şirer |
İngiltərə |
3 |
1996 |
İsveçrə 1:1 (1), Şotlandiya 2:0 (1), Niderland 4:1 (2) |
|
|
Patrik Klyuvert |
Niderland |
3 |
2000 |
Danimarka 1:0 (1), Fransa 3:2 (1), Yuqoslaviya 6:1 (3) |
|
|
Ruud van Nistelroy |
Niderland |
3 |
2004 |
Almaniya 1:1 (1), Çexiya 2:3 (1), Latviya 3:0 (2) |
|
|
Qaret Beyl |
Uels |
3 |
2016 |
Slovakiya 2:1 (1), İngiltərə 1:2 (1), Rusiya 3:0 (1) |
|
|
Antuan Qrizmann |
Fransa |
3 |
2016 |
İrlandiya 2:1 (2), İslandiya 5:2 (1), Almaniya 2:0 (2) |
Ruslan Sadıqov