"Sivasspor"la ev oyununun yeri açıqlandı - "Qarabağ"ın
14.11.2020 - 15:16
"Sivasspor"la ev oyununun yeri açıqlandı - "Qarabağ"ın

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Türkiyə klubu “Sivasspor”la ev matçının yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA budəfəki qarşılaşmanın da Türkiyədə keçirilməsini qərara alıb.

Noyabrın 26-dakı oyun İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turu çərçivəsində İspaniya "Vilyarreal"ını da (1:3) “Başakşəhər Fatih Terim”də qəbul edib.