Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə ev oyununu Bakıda keçirə bilər.
Apasport.az saytı xəbər verir ki, bunu Rusiya klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov deyib.
Onun sözlərinə görə, almanlarla cavab qarşılaşmasının paytaxtımızda təşkili prioritet variantdır: “Leypsiq”lə matç üçün prioritet variant Bakıdır. UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq”.
Qeyd edək ki, “Spartak” – “Leypsiq” oyunu martın 17-də keçiriləcək. İlk görüş isə martın 10-da Almaniyada olacaq.