“Strateji planımız var” - “Sevilya”nın idman direktoru
26.11.2019 - 09:02
“Strateji planımız var” - “Sevilya”nın idman direktoru

“Avropa Liqasında 1/16 finala yüksəlməyimizdən razıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sevilya”nın idman direktoru Ramon Monçi deyib.

Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ı qəbul edəcək İspaniya klubunun rəsmisi görüş ərəfəsində açıqlama verib. O, matç öncəsi yalnız qələbə barədə düşündüklərini bildirib:

“Təbii ki, artıq qarşımıza iddialı vəzifələr qoymalıyıq. La Liqada qalib olmaq ən böyük uğurdur. Amma buna nail olmaq asan deyil. Son 20 ildə “Valensiya”, “Atletiko”, “Barselona” və “Real” çempion olub. Bizim strateji planımız var. İdmanda da iddialı olmalısan. Mən La Liqada qələbədən danışmıram. “Leqanes”i məğlub etməkdən “Qarabağ”la oyuna qədər nəzərdə tuturam”.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək.