“Ştutqart” baş məşqçisini istefaya göndərdi
24.12.2019 - 13:04
“Ştutqart” baş məşqçisini istefaya göndərdi

Almaniyanın “Ştutqart” klubunda baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqanın liderlərindən biri Tim Valteri vəzifəsindən azad edib.

Buna son iki turdakı xal itkisi səbəb olub. Qarşısına Bundesliqaya yüksəlmək vəzifəsi qoyulan komanda ardıcıl iki heç-heçədən sonra liderdən üç xal geri qalır.

“Ştutqart” 18 turdan sonra 31 xala malikdir. Komanda “Hamburq”la 2-ci yeri bölüşür. “Arminiya”nın 34 xalı var.