Ağdamın "Qarabağ" klubunun futbolçusu Toral Bayramov digər Premyer Liqa təmsilçilərinin diqqətini cəlb edib.
Apasport.az saytının məlumata görə, bir neçə komanda 18 yaşlı yarımmüdafiəçini icarəyə götürmək arzusundadır.
Konkret olaraq, avrokuboklara vəsiqə üçün mübarizə aparan “Sumqayıt” T.Bayramovu heyətində görmək istəyən klublar arasında yer alıb. Ağdam təmsilçisi də gənc oyunçunun icarəyə verilməsinin əleyhinə deyil. Klub rəhbərliyi heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçinin oyun praktikası qazanması üçün bu addımı atmağa hazırdır.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada da, Azərbaycan kubokunda da 1 oyuna çıxan T.Bayramovun hesabında 1 qol var. O, kubokun 1/4 final mərhələsinin "Keşlə" ilə cavab oyununda (3:1) komandasının sonuncu qolunu vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı