“Sumqayıt" Ukraynadan millinin yarımmüdafiəçisini gətirir
14.04.2022 - 16:20
“Sumqayıt" Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevlə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə “sportinfo.az”a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.
Onun dediyinə görə, hazırda "Sumqayıt" və AFFA rəhbərliyi adıçəkilən futbolçunun müharibə şəraitində olan Ukraynadan ölkəmizə gətirilməsi üçün əlindən gələni edir.
Bu mövsümdən “Kolos”un formasını geyinən yığma üzvünün “kimyaçılar”la 2 aylıq müqavilə imzalaması gözlənilir.
0
0