"Sumqayıt" müdafiəçisini itirdi
15.04.2022 - 17:22
"Sumqayıt" müdafiəçisini itirdi

"Sumqayıt" ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Camaləddin Xocaniyazov sıradan çıxıb.

Rusiyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ" ilə görüşdə zədələnib. Matçın birinci hissəsində xəsarət alan Xocaniyazov 22-ci dəqiqədə əvəzlənməli olub. Onun əvəzinə Rüfət Abdullazadə meydana daxil olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Qəbələ" - "Sumqayıt" matçında qonaqlar 1:0 hesabı ilə öndədir.