“Sumqayıt” və “Qəbələ” qələbəni unudub, “Şamaxı” biabır oldu
15.04.2022 - 21:29
“Sumqayıt” və “Qəbələ” qələbəni unudub, “Şamaxı” biabır oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə iki oyun keçirilib.

Günün ilk görüşü Qəbələdə baş tutub. Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Qəbələ” qələbə həsrətinə autsayderlərdən biri olan “Sumqayıt”la qarşılaşıb. Ancaq “qırmızı-qaralar” bu görüşdə də “qara zolaq”dan çıxa bilməyib. Elmar Baxşıyevin komandası hətta məğlubiyyətdən son anda qurtulub.

Bununla “Qəbələ”nin qalibiyyətsiz oyunlar seriyası 6-ya yüksəlibsə, “Sumqayıt” artıq 14 matçdır qələbənin nə olduğunu bilmir. “Gənclik şəhəri” təmsilçisi baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk qələbə arzusunu ən azı daha bir tur təxirə salmalı olub.

Çempionatın lideri “Qarabağ” isə “Şamaxı”nı qəbul edib. Şamaxı təmsilçisi yeni adla ilk səfərində darmadağına məruz qalıb. Rəqibinə 0:8 hesabı ilə məğlub olan bölgə təmsilçisinin avrokuboklara vəsiqə şansının üstündən rəsmən xətt çəkilib. “Qarabağ” isə ilk iki yerdən birini təmin edib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXIII tur
15 aprel (cümə)
17:00. “Qəbələ” - "Sumqayıt" - 1:1
Qollar:
İsnik Alimi, 88 - Araz Abdullayev, 17
Baş hakim: Rauf Cabarov
Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 24. Patrik Robson
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov 
Baş məşqçi: Elmar Baxşıyev
Sumqayıt”: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Şamaxı" - 8:0
Qollar: 
İbrahima Vadji, 8, 16, 30, Filip Ozobiç, 20, 21, Marko Veşoviç, 38, Kadi Borqes, 45+2, Musa Qurbanlı, 49
Baş hakim: Rauf Allahverdiyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 5. Kərim Diniyev, 50. Samir Abdullayev, 71. Emin Quliyev, 70. Bahadur Həziyev, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov
“Azersun Arena”

1

Qarabağ

22

17

4

1

57-11

55

2

Neftçi

22

12

5

5

37-25

41

3

Zirə

22

10

6

6

29-23

36

4

Qəbələ

23

9

8

6

32-31

35

5

Sabah

22

10

2

10

31-28

32

6

Şamaxı

23

5

5

13

24-41

20

7

Sumqayıt

22

3

6

13

13-36

15

8

Səbail

22

4

2

16

16-44

14

Bombardirlər: Davit Volkov ("Zirə"), Filip Ozobiç ("Qarabağ") - 10 qol, Coy-Lens Mikels ("Sabah") - 9 qol.