"Sumqayıt" yenə qələbə qazana bilmədi - YENİLƏNİB
18.01.2020 - 23:19
"Sumqayıt" yenə qələbə qazana bilmədi - YENİLƏNİB

"Sumqayıt" mövsümün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir.

Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb.

Ayxan Abbasovun yetirmələri "Politexnika İaşi" klubu ilə qarşılaşıb. Rumıniya təmsilçisi ilə "Topkapı" otelinin meydançasında baş tutan görüş qollu bərabərliklə nəticələnib. 

Əvvəlcə 12-ci dəqiqədə "Sumqayıt" Xəyal Nəcəfovun qolu ilə hesabı açsa da, fasilədən dərhal sonra status-kvo bərpa edilib. Beləliklə, "kimyaçılar" ikinci yoxlama matçında da qələbə üzü görməyiblər.

Qeyd edək ki, yanvarın 12-dən Antalyada olan "Sumqayıt" ilk yoxlama oyununda Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə məğlub olub. Premyer Liqa klubu yanvarın 21-də "Arka" (Polşa), 25-də isə Karaqandi "Şaxtyor"u (Qazaxıstan) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
18 yanvar
"Sumqayıt" - "Politexnika İaşi" (Rumıniya) - 1:1
Qol: Xəyal Nəcəfov, 12

Antalya. "Topkapı" otelinin meydançası