“Sumqayıt”a ikiqat cərimə - AFFA-dan
17.05.2021 - 13:38
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXVI və XXVII turunda baş verənlərlə bağlı qərarlar verilib.
XXVI turun “Keşlə” – “Sumqayıt” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəsi 800 manat cərimə olunub.
“Sumqayıt” XXVII turun “Neftçi” ilə matçında da analoji səbəbindən eyni cəriməyə məruz qalıb.
0
0